Bioloq Aleksey Moskalevin sözlərinə görə, həyat tərzi ilə sağlamlıq risklərini azaldaraq ömrü uzatmaq mümkündür.
E-saglam.az xarici mediaya istinadən uzunömürlülük üçün əsas tövsiyələri təqdim edir:
Düzgün qidalanma: Qidalanma genlərin fəaliyyətində və qocalma prosesini sürətləndirmək və ya ləngitmək qabiliyyətində mühüm rol oynayır. Mümkün qədər müxtəlif olmalıdır. Mütəxəssis, üzərində müxtəlif rəngli qidalar: göyərti, tərəvəz, meyvə, paxlalılar və bütöv dənli bitkilər olmaqla, “boşqabınıza göy qurşağı qoymağı” məsləhət görüb. Mütəxəssis, tərkibində xərçəng əleyhinə birləşmələr olduğu üçün qıcqırdılmış qidaların və müxtəlif növ kələmlərin yeyilməsinin vacibliyini xüsusilə vurğuladı.
Fiziki aktivlik: Gündəlik fiziki fəaliyyət sağlamlığı qoruyur.
Keyfiyyətli yuxu: Yuxu zamanı orqanizm zərərli maddələrdən xilas olur, sinir və immun sistemləri bərpa edilir.
Qısa stress: Sauna, sərtləşmə, səyahət, yeni fəaliyyətlər və ictimai çıxışlar orta dərəcədə stres yaradır, ömrü uzadır. Ümumiyyətlə, bu cür məruz qalmalar bizi hər mənada sərtləşdirir, bizi gələcəkdə istənilən stresli təsirlərə qarşı daha davamlı edir. Heyvanlar üzərində aparılan təcrübələr göstərdi ki, orta dərəcədə gərginlik ömrü uzadır”, - alim deyir.
Sosial əlaqələr: Dostluq və xoş emosional mühit sağlam uzunömürlülük üçün vacibdir. Həmfikir insanlarla ünsiyyətə üstünlük verin.
Yeni fəaliyyətlər: Yeni şeylər öyrənmək və səyahətlər beyində neyron əlaqələri gücləndirir.
Sağlam və uzun ömür üçün bu tövsiyələrə əməl etmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc