Qidalanma
Beyninizin yaxşı işləməsi üçün
Qidalanma

Beyninizin yaxşı işləməsi üçün bu meyvədən yeyin

Düzgün qidalanma yuxunu normallaşdıra, həmçinin qan lipidlərinin səviyyəsini aşağı sala və beyin funksiyasını yaxşılaşdıra bilər.

E-saglam.az xəbər verir ki, məşhur həkim Damani bunun üçün gündəlik menyuya avakado əlavə etməyi məsləhət görüb.

Həkimin sözlərinə görə, bu meyvə qan damarlarının və ürəyin sağlamlığı üçün zəruri olan yağ turşuları və kaliumla zəngindir. Avokado yemək ürək xəstəliyi ehtimalını azaldır, yuxunu normallaşdırır, keyfiyyətini yaxşılaşdırır, həmçinin qanda lipidlərin səviyyəsini azaldır.

Ekspertin sözlərinə görə, avokadonun tərkibində olan sağlam yağların 60%-i doymamış yağlardır. Onlar qan təzyiqini aşağı salmağa və ürək xəstəliklərindən qorumağa kömək edir. Avokado həmçinin həzmi yaxşılaşdıra, iştahı tənzimləyə, bədəndən toksinləri çıxara, sümükləri gücləndirə, beyin funksiyasını yaxşılaşdıra və depressiyanın inkişaf ehtimalını azalda bilir.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun