Beyni məşq etdirməyin sadə, lakin təsirli yolları açıqlanıb.
E-saglam.az xəbər verir ki, psixoterapevt beynimiz yalnız genlərdən deyil, həm də necə yaşadığımızdan və kiminlə ünsiyyət qurduğumuzdan asılıdır. Pul və təhsil imkanlar açırsa, ünsiyyət və sosial fəaliyyət zehni qabiliyyətlərin illərlə qorunmasına kömək edir.
Psixoterapevt bir neçə konkret tövsiyə verib. Oxumaq, kurslara getmək, yeni dil və ya bacarıq öyrənmək neyroplastikliyi stimullaşdırır və yaddaşı gücləndirir. Dostlarla görüşmək, hobbi qruplarına qoşulmaq və könüllü fəaliyyətdə iştirak etmək isə təkcə xoş vaxt keçirmək deyil, eyni zamanda beyin üçün ciddi fayda verir.
Mütəxəssis ünsiyyət bacarıqlarının da zehni sağlamlıqda mühüm rol oynadığını vurğulayır. Dinləməyi, fikirlərini ifadə etməyi və münaqişələri konstruktiv şəkildə həll etməyi bacaran insanlarda idrak funksiyaları daha güclü olur.
Bunlarla yanaşı, psixoterapevt dəstək qruplarının və etibarlı dostların stressi idarə etməyə və zehni qabiliyyəti qorumağa əhəmiyyətli töhfə verdiyini bildirib.
Tərcümə: Könül Oruc