Yandex watch
Beyni məhv edən meyvənin adı

Alimlər müəyyən ediblər ki, məşhur tropik meyvə olan liçinin həddindən artıq istifadəsi beyin sağlamlığı üçün ciddi fəsadlara səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, liçinin tərkibində təbii toksinlər, məsələn, hipogliosin var ki, müəyyən şəraitdə sinir sisteminin kəskin pozulmalarına yol aça bilər.

Bu meyvə xüsusilə ac qarına yeyildikdə təhlükəli olur. Liçinin populyar olduğu Hindistanda aparılan araşdırmalar göstərib ki, meyvənin mütəmadi olaraq acqarına istifadəsi "kəskin ensefalopatiya" adlanan vəziyyətin yaranmasına səbəb ola bilər. Bu vəziyyət qıcolmalar, huşun itməsi ilə müşayiət olunur və ağır hallarda ölümə səbəb ola bilər.

"Biz liçinin qida rasionundan tamamilə çıxarılmasını tövsiyə etmirik. Ancaq istehlak miqdarını nəzərə almaq və xüsusilə uşaqlar üçün ac qarına istifadə etməkdən çəkinmək vacibdir," - deyə araşdırmada iştirak edən doktor Raciv Kapur vurğulayır.

Mütəxəssislər xəbərdarlıq edir ki, zəif immuniteti olan insanlar, həmçinin uşaqlar və yaşlılar risk qrupuna daxildir. Onlar balanslı qidalanmaya riayət etməyi və təhlükəsiz görünməsinə baxmayaraq ekzotik meyvələrdən həddindən artıq istifadədən qaçmağı tövsiyə edirlər.

Bu yeni kəşf bir daha xatırladır ki, hətta faydalı hesab olunan qidalar düzgün istifadə edilmədikdə sağlamlıq üçün təhlükə yarada bilər. (BAKU.WS)

E-saglam.az