Yandex watch
Beyin bu yaşda çox sürətlə qocalır -

Beynin yaşlanması təbii bir prosesdir və müəyyən yaşlarda daha sürətli gedir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, araşdırmalara görə, 57, 70 və 78 yaşlarda koqnitiv geriləmə daha çox müşahidə olunur.

57 yaşda beyin həcmi azalır, sinir lifləri zəifləyir və yaddaş problemləri yarana bilər. 70 yaşda isə tau proteininin yığılması düşünmə və öyrənmə qabiliyyətini azaldır. 78 yaşdan sonra beyin daha da kiçilir və qan axını azalır, bu da idrak funksiyalarına mənfi təsir göstərir.

Beyin sağlamlığını qorumaq üçün mütəxəssislər erkən yaşlardan sağlam həyat tərzinə üstünlük verməyi tövsiyə edirlər. Daimi idman, balanslı qidalanma və zehni fəaliyyətlər beyni formada saxlamağa kömək edir.

Yeni hobbilərlə məşğul olmaq, dil öyrənmək və çətin tapşırıqları yerinə yetirmək koqnitiv funksiyaları gücləndirə bilər. Sosial əlaqələri qorumaq və təcriddən qaçmaq da beynin sağlam qalmasına kömək edir.

Ümumilikdə, sağlam həyat tərzi və aktiv zehni fəaliyyətlər beyin yaşlanmasını ləngidə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az