Xəbərlər
Bərdə həkimləri mübarizəni dayandırmadı, ürəyi dayanmış xəstəni 10 dəqiqə sonra
Xəbərlər

Bərdə həkimləri mübarizəni dayandırmadı, ürəyi dayanmış xəstəni 10 dəqiqə sonra həyata qaytardılar - VİDEO

Həkimlər pasiyentin həyatını xilas etmək üçün sona qədər mübarizə aparıb.

E-saglam.az xəbər verir ki, aqonal vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyinin dayandığı müşahidə edilib. Həyati təhlükəni ortadan qaldırmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar.

Təcili tibbi yardım şöbəsinin iki həkimi – Vüsal Rüstəmli və Pərviz Əlizadə növbəli şəkildə fasiləsiz ürək masajı ediblər. 

Hər keçən dəqiqə həyati təhlükəli olsa da, onlar xəstəni həyata qaytara biliblər.

Təxminən 10 dəqiqədən artıq davam edən bu mübarizə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa edilib. 

Kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu ilə tibb müəssisənin Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun