Tibbi xəbərlər
Bel ölçüsü ürək xəstəliklərinin
Tibbi xəbərlər
309

Bel ölçüsü ürək xəstəliklərinin ən güclü xəbərçisi ola bilər

"The Lancet Regional Health—Americas" jurnalında dərc olunan yeni araşdırma göstərib ki, ürək xəstəliklərinin proqnozlaşdırılmasında bel ölçüsü bədən çəkisindən daha dəqiq göstəricidir.

E-saglam.az xəbər verir ki, tədqiqatçılar ürək-damar xəstəliyi olmayan 2700-dən çox yetkin şəxsin məlumatlarını beş il ərzində izləyərək müəyyən ediblər ki, bel-boy nisbəti yüksək olan insanlarda, BKİ normal limitə daxil olsa belə, ürək xəstəliyi riski nəzərəçarpacaq dərəcədə artır. Yaş, siqaret, diabet və xolesterol kimi digər risk faktorları nəzərə alınandan sonra belə bu göstərici öz proqnostik dəyərini qoruyub.

Araşdırmanın aparıcı müəllifi, UPMC kardioloqu Marsio Bittencourt bildirir ki, bel-boy nisbəti bədənin daxili orqanları əhatə edən visseral yağın həcmini əks etdirir və bu yağ ürək sağlamlığına birbaşa təsir edir. Bu səbəbdən adi çəkidə olan, lakin "gizli risk" daşıyan insanları müəyyən etməkdə çox faydalıdır.

Mütəxəssislər hesab edir ki, bel ölçüsünün boyun yarısından çox olması təhlükə siqnalıdır. Bu sadə göstərici xüsusilə BKİ-si 30-dan aşağı olan insanlar üçün əhəmiyyətlidir – onlar piylənmə kateqoriyasına daxil edilməsə də, ürək xəstəliklərinə meyilli ola bilərlər.

Belə bir yanaşmanın klinik praktikaya tətbiqi həkimlərin risk qrupundakı xəstələri daha tez aşkar etməsinə, profilaktik tədbirləri vaxtında görməsinə və infarkt, insult kimi ağır nəticələrin qarşısını almağa imkan verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun