Qidalanma
Bəkməzə yeni rəqib çıxdı - kalium ehtiyatınızı
Qidalanma

Bəkməzə yeni rəqib çıxdı - kalium ehtiyatınızı bir qaşıqla dolduracaq möcüzə

E-saglam.az xəbər verir ki, ərik ceminin faydalarını təqdim edir:

Kaliumla zəngindir: Ərik, yüksək kalium tərkibi ilə ürək sağlamlığını dəstəkləyir, qan təzyiqini tənzimləyir və əzələ funksiyalarını gücləndirir.

A vitamini mənbəyidir: Ərik cemi, yüksək miqdarda A vitamini ilə dərini yeniləyir, göz sağlamlığını qoruyur və immunitet sistemini gücləndirir.

Antioksidant təsirə malikdir: Ərikdəki antioksidantlar sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını alır və erkən yaşlanma təsirlərini azaldır.

İmmunitet sistemini dəstəkləyir: C vitamini tərkibi sayəsində ərik cemi, immuniteti gücləndirir və soyuqdəymə kimi xəstəliklərin qarşısını alır.

Həzm sistemini tənzimləyir: Ərikdəki liflər həzm sisteminin düzgün işləməsinə kömək edir və qəbizliyin qarşısını alır.

Xolesterolu tənzimləyir: Müntəzəm ərik  cemi istehlakı, pis xolesterin (LDL) səviyyəsini aşağı salmağa kömək edir və ürək xəstəlikləri riskini azaldır.

Ərik cemi, həm ləzzətli, həm də qidalı bir seçim olaraq süfrələrinizdə yer ala bilər. Müntəzəm istifadəsi ilə sağlamlığınıza əhəmiyyətli töhfələr verə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun