İnsan bədəninin çox hissəsi maye, sudan ibarətdir. Bütün hüceyrələr su tərkiblidir. Su isə informasiyanı özündə hopdurur. Deməli insan bədəni, orqanizmi bir kuzə kimi ətraf enerjilərlə dolur boşalır.
Kimin hansı enerji ilə dolması isə yaşadığı mühitdən asılıdır.
Bədənə neqativ enerji yığılmasının ən sadə səbəblərindən biri neqativ insanlarla daha çox vaxt keçirməyiniz ola bilər.
Eləcə də qorxular, həyəcan, narahatlıq, nigarançılıq, yaşadığınız yerin neqativ olması da digər səbəblərdir.
E-saglam.az bədəninizdə xroniki ağrılara səbəb olan neqativ enerjinin 10 əlamətini təqdim edir.
1. Yuxuya gedə bilmirsiz, yataqda çevrilib qalırsız. Pis fikirlər yuxuya getməyə qoymur. Gözlərinizi bağlayanda qorxursuz, səksənirsiz. Yuxudan qəfil oyanırsız, bu zaman sanki təşviş keçirirsiz.
2. Həddən artıq emosional danışırsız, bir şey baş verən kimi ağır keçir ikinci plana. Özünüzü unudursuz. Emosiyalar sizi nəzarətə alır.
3. Başqa yerə getməyə qorxursuz, komfort zonasını tərk etmirsiz. Məsələn, başqa işə, başqa yerə, evdən uzağa. İstirahətə getmirsiz. Yeni yerlər, yeni adamlardan qorxursuz. Olduğunuz yerə bağlanmısız. Hətta otağınızdan belə çıxmaq istəmirsiz
4. Daim özünüzə və yaxınlarınıza, olmayacaq şeylərə görə həyəcan keçirirsiz. Bİr dəqiqə rahatlığınız yoxdur. Bu da bütün bədəni gərginləşdirir.
5. Özünüzü başqalarından əskik görürsüz. Öz çatışmazlıqlarınızda diqqətinizi cəmləmisiz. Özünüzü qınayırsız. Hamı idealdır, bir sizdən başqa
6. Bütün günü gücünüz tükənmiş, sıxılmış limon kimi hiss edirsiz. Nadir halda özünüzü şən, rahat, enerji dolu hiss edərsiz. Neqativ enerji artıq sağlamlığınıza təsir edir.
7. Tez-tez başınız, gözləriniz ağrıyır. Neqativ enerjinin təsirini hiss edən kimi qəfildən səbəbsiz başınız ağrıyır
8. Qarnınızda qəribə ağrı, sancı, ağırlıq var. Neqativ enerji həmişə özünü qarında naməlum ağrılarla göstərir. Çünki stress mədə-bağırsaqda gərginlik yaradır.
9. Tənəffüsünüz ağırdır, sanki dərindən nəfəs ala bilmirsiz, döş qəfəsiniz sıxılır. Dərd, stress ağciyərlərdə də toplanır. Yalnız neqativ enerjini pozitivə dəyişdikcə bu ağırlıq gedəcək. Dərindən nəfəs alanda sanki hər yeriniz ağrıyır
10. Həkimlərin belə diaqnozunu tapmadığı, bədəndə səbəbsiz, gəzəyən ağrılardan əziyyət çəkirsiz. Xroniki stress əzələləri yığır, damarlarda spazm yaradır, bədəndə qan dövranı pozulur, bu da bədənin müxtəlif yerlədində ağrılara səbəb olur
Siz bu vəziyyətdən çıxmaq üçün mütləq öz üzərinizdə işləməli, psixoterapevt, psixoloq yardımı almalı, emosiyalarınızı dəyişməli, bədəni müsbət enerji ilə doldurmağın yollarını tapmalısız.
Mənbə: Medicina.az