Sağlamlıq
Bədənin "olmazsa olmaz" 6 vitamini:
Sağlamlıq

Bədənin "olmazsa olmaz" 6 vitamini: Xüsusilə qışda diqqət etmək lazımdır

Qışda sağlamlığı qorumaq və immuniteti gücləndirmək üçün bəzi vacib vitaminlər və əlavələrdən istifadə etmək tövsiyə olunur. Balanslaşdırılmış pəhriz və əlavələr soyuqdəymə, öskürək və mövsümi sağlamlıq problemlərindən qorunmağa kömək edə bilər.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, C vitamini immuniteti artırır, kollagen istehsalını dəstəkləyir və qrip kimi infeksiyalarla mübarizə aparır.

D vitamini qış aylarında günəş işığı çatışmazlığını kompensasiya edir, sümükləri gücləndirir və əhval-ruhiyyəni yaxşılaşdırır.

Omeqa-3 yağ turşuları ürək, beyin və sinir sistemi üçün faydalıdır, eyni zamanda iltihabı azaldır və daha yaxşı yuxu təmin edir.

Probiyotiklər bağırsaq sağlamlığını qoruyur, toxunulmazlığı gücləndirir və dərini dəstəkləyir.

K2 vitamini sümüklərin möhkəmliyini və qan dövranını tənzimləyir.

Maqnezium isə stressi azaldır, yuxunu yaxşılaşdırır, enerji səviyyələrini artırır və iltihabla mübarizə aparır.

Bu əlavələr orqanizmin ümumi sağlamlığını dəstəkləmək üçün təsirli vasitələrdir. Lakin istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun