E-saglam.az xəbər verir ki, bədəninizi təmizləyərək toksinlərdən qurtulmanıza kömək etməklə yanaşı bel və omba nahiyəsində inadkar yağların yandırılmasında da təsirli ola bilər. İndi gəlin bu möcüzəvi içkinin necə hazırlandığını və hansı faydalar verdiyini kəşf edək.
Çia toxumu nədir?
Çia toxumları omeqa-3 yağ turşuları, lif və zülalla zəngin qidalandırıcı qidadır. Su ilə qarışdırıldıqda, bu kiçik toxumlar şişir və jellə doldurulur.
Çia toxumu suyu həzm sistemini sürətləndirərək yağ yandırılmasını dəstəkləyir və yığılan suyun bədəndən çıxarılmasına kömək edir.
Çia toxumunun suyundan necə faydalana bilərsiniz?
Çia toxumu suyunu müntəzəm olaraq istehlak etmək maddələr mübadiləsini sürətləndirir və arıqlama prosesini dəstəkləyir. 1-2 xörək qaşığı çia toxumunu bir stəkan suda isladıb səhər acqarına içmək məsləhətdir.
Bu içki sağlam şəkildə arıqlamağınıza kömək edir və bədəninizi qidalandırır. Bundan əlavə, çia toxumları yüksək lif tərkibi ilə həzm sistemini tənzimləyir, toksinləri aradan qaldırmağa və qarın bölgəsində şişkinliyi azaltmağa kömək edir.
Çia toxumu suyuna əlavə olaraq, balanslı qidalanmaya diqqət yetirmək və müntəzəm idman etmək də yağ yandırılmasını sürətləndirəcək.
Xüsusilə kardio məşqləri bədəninizdə inadkar yağları hədəf alaraq daha təsirli nəticələr əldə etməyə kömək edə bilər.
Kifayət qədər su içmək və yuxu rejiminizi yaxşılaşdırmaq da bu prosesi sürətləndirən amillərdir.
Tərcümə: Könül Oruc