Yandex watch
Bədən quruluşunuzu zədələyən

Bədən quruluşunu zədələyən içki növü açıqlanıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, narkoloq Ruslan İsaev bildirib ki, pivə, nisbətən aşağı kalorili olmasına baxmayaraq, bədən üçün təhlükəlidir, çünki heç kim bu içkinin 100 mililitrində özünü məhdudlaşdırmır. "Adi butulkada (0,5 litr) 200-250 kilokalori var, iki stəkan isə artıq tam yeməyin kalorisini ehtiva edir. Üstəlik, heç bir qida dəyəri yoxdur, çünki pivədə praktiki olaraq heç bir zülal, sağlam yağ və lif yoxdur", - deyə o, aydınlaşdırıb.

Sonda narkoloq qeyd etdi ki, bədəniniz üçün tamamilə təhlükəsiz olan spirt yoxdur. Bu baxımdan o, arıqlamaq istəyənlərə menyudan tamamilə çıxarmağı tövsiyə edib.

Həkimin sözlərinə görə, spirtli içkilər iştahı artırır, qanda şəkərin səviyyəsinin yüksəlməsinə səbəb olur və nəticədə qarın nahiyəsində piylərin çökməsinə səbəb olan insulinin kəskin şəkildə sərbəst buraxılmasına səbəb olur.

Tərcümə: Könül Oruc

E-saglam.az