Yandex watch
Bazardan toyuq alarkən diqqətli olun!

Toyuq dünyada ən çox istehlak edilən ət növlərindən biridir. Lakin Britaniya mətbuatı son illərdə toyuqların əvvəlki kimi sağlam olmadığını vurğulayır. Araşdırmalara görə, müasir toyuqlar daha yağlıdır və əvvəlki qida dəyərini qoruyub saxlamır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qırmızı ətdən daha ucuz və sağlam hesab edilən toyuq demək olar ki, gündəlik qidalanmada geniş yer tutur. Bununla belə, quşçuluq sənayesində tətbiq edilən sürətli böyümə texnikaları ətin keyfiyyətinə mənfi təsir göstərir.

Ağ xətlərə diqqət edin!

Arıq toyuq döşlərində müşahidə olunan ağ xətlərin ətin sağlamlığına işarə olmadığı bildirilir. Mütəxəssislər bu xətlərin toyuqların daha tez böyüməsi və iri olması üçün istifadə edilən süni yetişdirmə metodlarından qaynaqlandığını qeyd edir. Bu proses ətin daha yağlı və qida dəyəri baxımından zəif olmasına səbəb olur.

Keçən il Arkanzas və Texas A&M universitetlərinin apardığı araşdırma göstərib ki, tədqiq edilən 285 toyuqdan 96 faizində ağ yağ zolaqları mövcuddur. 2013-cü ildə aparılan başqa bir araşdırmaya görə, toyuq döşlərindəki yağ miqdarı normaldan 224 faiz çox olub.

Ağ xətlər təhlükəlidirmi?

Bununla belə, qidalanma mütəxəssisi Jaclyn London qeyd edir ki, toyuq çörək qırıntılarına batırılıb qızardılmadığı təqdirdə protein baxımından güclü bir qida mənbəyi olaraq qalır. Toyuq əti B vitamini, B12 və dəmirlə zəngindir. Milli Toyuq Şurası isə ağ xətlərin qida təhlükəsizliyi baxımından ciddi bir risk yaratmadığını bildirir.

Tərcümə: Könül Oruc

E-saglam.az