E-saglam.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında baytar Famil Kazımov deyib. O daha sonra əlavə edib.
“Bu dərmanları toyuqlara verməklə vitaminlər icad edən toxumalar, hüceyrələr var ki, onların iş fəaliyyətini dayandırırlar. Artıq orqanizm həmin dərmandan asılı olur. O dərmanı verməsən toyuq tez bir zamanda ölə bilər. Yumurta qoymaq fəaliyyətini dayandıra bilər. Məhz ona görə də süni vasitələrdən istifadə etmək lazım deyil. Təbii yollarla toyuqları qidalandırmaq lazımdır. Elə yemlər var ki, onlar da məsləhət deyil. Yem dükanlarının əksəriyyətində vitaminli yem deyə satılır. Onların tərkibi də kimyəvi vasitələrdən ibarətdir. Amma toyuq üçün kalsium mütləq lazımlıdır. Çünki onun yumurtası bərkiməlidir” deyə baytar bildirib.
Baytar ev quşlarının peyvənd olunmasından da danışıb.
“İştahsız, halsız, xəstə, arıq toyuqları ümumiyyətlə peyvənd etdirmək olmaz. Ev quşları peyvənd olunmazdan öncə buna diqqət etmək lazımdır. Peyvənd özü də bir mikro orqanizm, virusdur. Bədənə yeridirsən ki, bədəndə olan hüceyrələri tanıyıb ona qarşı immunitet yaratsın. Peyvənddən öncə toyuqlara bol-bol vitaminlər verilməlidir. Ən azı 5 gün ard-arda. Bu zaman toyuqların iştahı artır, halsızlıq yox olur, bədəndə immunitet yaranır. Bu fəsildə toyuqlarda ən çox taun xəstəliyi yaranır. Onun peyvəndi mart ayından aprel ayının sonuna qədər davam edə bilər. Hava isti olandan sonra bu peyvəndi vurmaq təhlükəlidir. Çiçək xəstəliyi də toyuqlar arasında çox yayılıb” deyə baytar bildirib.