Qidalanma
Bayramdan kökəlmədən, sağlam şəkildə necə çıxaq? -
Qidalanma

Bayramdan kökəlmədən, sağlam şəkildə necə çıxaq? - Qida mühəndisindən tövsiyələr

Yeni il gecəsini evdə keçirəcəksinizsə masalar sağlam və yüngül yemək seçimlərindən ibarət olmalıdır. Çöldə nahar edəcək olanlara az yağlı və kiçik porsiyalar olan sağlam menyular seçmələri tövsiyə olunur.  

E-saglam.az-a açıqlamasında Qida mühəndisi Fərid Səfərov deyib.

O, bildirib ki, ilin son gününə erkən başlamalı və səhər yeməyini yeməlisiniz: "Səhər yeməyindən 1-2 saat sonra ən azı bir saat açıq havada sürətli gəzintiyə çıxmalı və sonra 1-2 saat istirahət etməlisiniz. Yemək vərdişlərində heç bir dəyişiklik olmamalıdır. Gün ərzində qan şəkərini balanslı tutmaq və maddələr mübadiləsi sürətinin yavaşlamasını qarşısını almaq üçün qəlyanaltı olaraq meyvə, 10-15 ədəd fındıq və ya badam və ya 2-3 ədəd qoz yemək olar". 

Yeni il süfrəsində çox ac oturmaq olmaz. Aclıq həddindən artıq qida istehlakına səbəb olur.

- təkcə yeni il süfrəsində yox, bir vərdiş halına gətirərək həmişə yeməklər kiçik hissələrdə yavaş-yavaş yeyilməlidir.

- şəkərli və qazlı içkilər, hazır meyvə suları içməyin. Əvəzinə normasında, sevdiyiniz və özünüzün hazırladığınız təzə meyvə suyu içmək olar. 

- alkoqol istehlak etməyin. 

- təzə meyvə və qoz-fındıq yeməkdən sonra və axşam saatlarında həddindən artıq yeyilməməlidir. 

- ehtiyacdan asılı olaraq gün ərzində 10-12 stəkan su içməyə diqqət yetirilməlidir.

- sağlam və balanslı qidalanma bir gecəlik deyil, ömürlük prinsip kimi qəbul edilməlidir.

Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun