Bayram süfrələrinin cazibəsinə qapılıb artıq çəki yığdınızsa, narahat olmayın! Sadə və təbii bir vasitə ilə yenidən özünüzü yüngül hiss edə bilərsiniz.
E-saglam.az xəbər verir ki, söhbət gündə cəmi 1 çay qaşığı alma sirkəsi qəbul etməkdən gedir!
Nə üçün alma sirkəsi?
Təbii alma sirkəsi orqanizmdə maddələr mübadiləsini sürətləndirir, iştahanı azaldır və xüsusilə qarın, bel və omba nahiyəsindəki inadkar piylərin əriməsinə kömək edir. Hər səhər acqarına və axşam yeməyindən əvvəl 1 çay qaşığı alma sirkəsini bir stəkan suya qataraq içmək kifayətdir.
Yalnız arıqlatmır, həm də həzmi yaxşılaşdırır
Sirkə həzm sisteminə də müsbət təsir edir – qaz, şişkinlik və köpmə problemini azaldır. Eyni zamanda qan şəkərini tənzimləməyə və pis xolesterini azaltmağa kömək edir.
İmmunitetə də faydalıdır
Alma sirkəsinin təbii antibakterial təsiri sayəsində immun sistemini də gücləndirmək mümkündür. Saç və dəriyə qulluqda da istifadə edilə bilər.
Diqqətli olun!
Sirkə istifadə edərkən onu su ilə qarışdırmaq vacibdir. Gündəlik miqdar 2 çay qaşığını keçməməlidir. Mədə problemi olanlar və ya dərman qəbul edənlər isə həkimlə məsləhətləşməlidir.
Tərcümə: Könül Oruc