Sosial
Bayram namazı nə zaman qılınacaq?
Sosial

Bayram namazı nə zaman qılınacaq? - AÇIQLAMA

E-saglam.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, QMİ-nin bununla bağlı əmri yoxdur:

“Bəziləri soruşurlar ki, bayram namazı nə zaman qılınacaq? Bununla bağlı hələ heç nə elan olunmayıb. Lakin adət üzrə hər il eyni vaxtlarda olur. Namazın hansı vaxtlarda qılınacağı məscidlərin ixtiyarındadır. Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00, 09:30-da qılına bilər. Hələ ki, fərq yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir”.

F.Nurullayev qeyd edib ki, məscidin imamları öz camaatına uyğun olaraq vaxtı təyin edə bilərlər:

“Yarım saat tez və ya gec fərqi yoxdur. Ciddi axtarışa ehtiyac yoxdur. Hələ ki, bizdə bununla bağlı məscidlərə qeyri-adi, yeni tapşırıqlar verilməyib. Ya həftəsonu, ya da bazar ertəsi günü deyiləcək. Məscidlərdən asılıdır. Camaata uyğun təyin edirlər. Konkret nə isə deyə bilmərəm”.

Qeyd edək ki, Ramazan ayı mart ayının 11-də başlayıb. Aprelin 10-11-də Ramazan bayramı qeyd olunacaq. Bayram namazı aprelin 10-da qılınacaq.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun