Xəbərlər
Bayram günlərində gözlənilən
Xəbərlər
187

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

Ölkə ərazisində bayram günlərində gözlənilən hava şəraiti (8-10 noyabr) açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən E-saglam.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

Noyabrın 9-da arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq.

Noyabrın 10-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-16° isti olacaq.

NAXÇIVAN MR-DA

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s. Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 2°şaxta, gündüz 17-22° isti olacaq.

QAZAX-GƏNCƏ

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 13-18° isti olacaq.

BALAKƏN-ŞƏKİ

Havanın əsasən yağmursuz keçəcəyi, lakin 09-da bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

DAĞLIQ ŞİRVAN

QUBA-QUSAR

MƏRKƏZİ-ARAN

Havanın əsasən yağmursuz keçəcəyi, lakin 08-də gecə və səhər və 09-da bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

LƏNKƏRAN-ASTARA

Havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-3° isti, gündüz 6-11° isti olacaq.

QARABAĞ VƏ ŞƏRQİ-ZƏNGƏZUR

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 5° şaxta, gündüz 7-12° isti olacaq.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun