
Britaniyalı və polşalı alimlər barmaq uzunluğu ilə alkoqol asılılığına meyillilik arasında qeyri-adi əlaqə aşkar ediblər.

E-saglam.az "American Journal of Human Biology" jurnalına istinadla xəbər verir ki, onların apardığı araşdırmaya əsasən, adsız barmağı daha uzun olan insanlar (şəhadət barmağı ilə müqayisədə) alkoqolizmə yüksək meyillilik göstərirlər.
Bu qanunauyğunluq adsız barmaqları ənənəvi olaraq qadınlardan daha uzun olan kişilərdə aydın üzə çıxıb. Alimlər bunu testosteronun təsiri ilə izah edirlər.
Suonsi Universiteti və Lodz Tibb Universitetinin mütəxəssisləri tərəfindən aparılmış araşdırmada 258 könüllü (169 qadın və 89 kişi) iştirak edib. (oxu.az)