Sağlamlıq
Balıq yağının müntəzəm istifadəsi ürəyi sağlam olan insanlarda problem yarada bilər
Sağlamlıq

Balıq yağının müntəzəm istifadəsi ürəyi sağlam olan insanlarda problem yarada bilər - Tədqiqat

Yeni araşdırmalar göstərir ki, balıq yağı əlavələrinin müntəzəm istifadəsi ürək sağlamlığı yaxşı olan insanlar arasında xəstəlik və insult riskini artıra bilər. Bununla belə, uzunmüddətli araşdırma onu da müəyyən edib ki, balıq yağı ürək xəstəliyi olan insanlara kömək edə bilər, potensial problemlərin inkişafını yavaşladar.

E-saglam.az xəbər verir ki, tədqiqatçılar balıq yağı əlavələri qəbul edən sağlam insanlarda infarkt və insult riskinin 13 faiz artdığını müəyyənləşdiriblər.

Çinin Quançjou şəhərindəki Sun Yat-Sen Universitetinin epidemioloqu Hualiang Linin başçılıq etdiyi tədqiqat qrupu omeqa-3 yağ turşularını qidadan almağı tövsiyə edir və bunun üçün sardinanın ən yaxşı mənbə olduğunu bildirir.

Balıq yağı həm ürək, həm də beyin sağlamlığına kömək etdiyi düşünülən omeqa 3 yağ turşularının zəngin mənbəyi olaraq qalır. Belə ki, həkimlər həftədə azı bir dəfə yağlı balıq yeməyi və ya balıq yağı əlavələrindən istifadə etməyi məsləhət görürlər.

Tədqiqat üçün komanda Böyük Britaniyada genişmiqyaslı araşdırmada iştirak edən 40-69 yaşarası təxminən 416 min insanın məlumatlarını araşdırıb. Həmin insanlar 2006-cı ildən 2010-cu ilə qədər müntəzəm pəhriz və əlavələrdən istifadə də daxil olmaqla, əsas sağlamlıq məlumatlarını toplamaq üçün sorğudan keçirilib. Onların təxminən üçdə biri (32 faiz) müntəzəm olaraq balıq yağı əlavələrindən istifadə etdiklərini söyləyib.

Tədqiqat qrupu daha sonra orta hesabla 12 il ərzində iştirakçıların səhhətini izləyib, neçə nəfərin öldüyünü, yaxud ürək problemləri yaşadığını və ya insult keçirdiyini öyrənib. Nəticələr “BMJ Medicine” jurnalında dərc olunub.

Araşdırmaçılar balıq yağının niyə ürəyi sağlam olanlara faydasız, lakin ürək problemi olan insanlara faydalı ola biləcəyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu qeyd ediblər.(AZƏRTAC)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun