![Bakıda "Ünsiyyət və stresin düzgün idarə olunması"](https://e-saglam.az/storage/news/middle/images/2025/2/-1.jpg)
Uğur Gənclər Təşkilatının təşkilatçılığı ilə "Ünsiyyət və stressin düzgün idarə olunması" mövzusunda seminar keçirilib.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, tədbirdə təlimçi qismində Nurettin Ağdaşan və klinik psixoloq Ofelya Məmmədova iştirak ediblər. Seminarın açılışında Günel Əliqızı tədbirin məqsədi və faydaları barədə ətraflı məlumat verərək, bu cür seminarların davamlı olaraq təşkil ediləcəyini vurğulayıb.
Seminarın əsas məqsədi iştirakçılara ünsiyyət bacarıqlarını inkişaf etdirmək və stressin idarə olunması yollarını öyrətmək olub. Təlimçilər interaktiv metodlardan istifadə edərək, iştirakçılara praktiki biliklər və təcrübələr təqdim ediblər. Seminarın sonunda iştirakçılar sual-cavab sessiyasında fəal iştirak edərək, mövzu ilə bağlı maraqlandıqları məqamları müzakirə ediblər.
Bu cür tədbirlər gənclərin şəxsi və peşəkar inkişafına töhfə verməklə yanaşı, onların sosial bacarıqlarını da artırır. Uğur Gənclər Təşkilatı gələcəkdə də bu kimi maarifləndirici seminarların təşkilini planlaşdırır.
Könül Oruc