Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.
Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb.
E-saglam.az “Report”a istinadən xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
Bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
08:41
Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınır.
Oxu.Az xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Heydər məscidində bayram namazı saat 8:30-da, axund Rüfət Qarayevin rəhbərliyi ilə qılınıb.
Qeyd edək ki, bayram namazı Əjdərbəy və Heydər məscidləri istisna olmaqla digər məscidlərdə saat 09:00-da qılınacaq.