Psixologiya
Bakıda psixiatriya xəstəxanasında döyülən PASİYENT ÖLDÜ
Psixologiya

Bakıda psixiatriya xəstəxanasında döyülən PASİYENT ÖLDÜ

Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında döyülən vətəndaş vəfat edib.

E-saglam.az bildirir ki, bu barədə Oxu.Az-a vətəndaşın qardaşı məlumat verib.

O bildirib ki, qardaşı ötən gün gecə saatlarında dünyasını dəyişib. 

Qeyd edək ki, bir neçə gün əvvəl mərhumun qardaşı Oxu.Az-a onun xəstəxanada vəhşicəsinə döyülərək koma vəziyyətinə salındığını bildirmişdi. 

Səhiyyə Nazirliyindən də bildirilib ki, orada olan xəstələr arasında mübahisə olub. Hadisə də həmin zaman baş verib.

Xəstəxana rəhbərliyi tərəfindən qeydə alınan fakt barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun