Bakıda Milli Mətbuat Gününə həsr olunmuş “Günün Nəbzi” adlı
Bakıda Milli Mətbuat Gününə həsr olunmuş “Günün Nəbzi” adlı

20.07.2024 tarixində Azərbaycanda ilk Sosial-Psixoloji Media olan EmpaTV Bakı Gənclər Mərkəzində Milli Mətbuat Gününə həsr olunmuş “Günün Nəbzi” adlı konfrans keçirdi.

E-saglam.az xəbər verir ki, tədbir "Zəfər Sədası" şəhid övladlarından ibarət xor qrupunun ifasında Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Kofransın aparıcısı Pərvanə Nadirqızı açılış nitqi üçün səhnəyə EmpaTV-nin təsisçi direktoru, jurnalist Sevinc Rəcəbovanı səhnəyə dəvət etdi. Sevinc xanım, fikirlərinə “Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır” deyərək Həsən Bəy Zərdabinin fikirləri ilə başladı.

Tədbir üç hissədən ibarət idi. 

İlk hissədə: 

Jurnalist-aparıcı Səidə Bəkirqızı “TV proqramları nəyi təbliğ edir?”,  AR Vəkillər Kollegiyasının üzvü, vəkil Əli Qəmbərov “Sosial şəbəkə və sosial proqramlarda insan hüquqlarının pozulması”, İnsan resursları üzrə ekspert İlkin Məcidov “Milli mətbuat və Milli kadr” mövzusunda çıxış etdilər. 

İkinci hissədə ədəbi-bədii və musiqili qonaqlar - Bakı Kamera Orkestrının artisti Emil Hüseynov, Zəfər Sədası xor qrupu, bədii qiraətçi Əlizamin Abdullayev konfrans iştirakçılarına unudulmaz, xoş anlar yaşatdı. 

Tədbirinin üçüncü hissəsində:

Nitq təlimçisi Aidə Hacıyeva “Cəmiyyətə ötürülən bayağı nitq”, Psixoloq, NLP master Elmir İsgəndərov “Sürü psixologiyası” mövzusunda çıxış etdilər.

Tədbirin sonunda spikerlərə tədbirin keçirilməsinə dəstək olan tərəfdaşlar tərəfindən hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.

E-saglam.az