Xəbərlər
Bakıda məşhur şadlıq sarayında
Xəbərlər

Bakıda məşhur şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı

Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında yoxlama aparılıb.

Müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib. Qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml “Organic” əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.

Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb, sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib. Agentliyin əməkdaşları saxta, istifadəyə yararsız məhsulların satışının qarşısını alaraq dövriyyədən çıxarıb.

Faktla bağlı müvafiq tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun