Tədbirlər
Bakıda "Mən Danışa Bilmirəm 2" Natiqlik və Ünsiyyət Forumu
Tədbirlər

Bakıda "Mən Danışa Bilmirəm 2" Natiqlik və Ünsiyyət Forumu keçirilib

E-saglam.az xəbər verir ki, forumu açılış nitqi ilə “GUYS Group”un direktoru Mübariz Quliyev açıq elan edərək eyniadlı tədbirin artıq 2-ci dəfə keçirildiyini vurğulayıb. Bundan öncəki forumun 500 nəfər şəxsin iştirakı ilə keçirildiyini qeyd edən Mübariz Quliyev indiyədək “GUYS Group”un təşkilatçılığı və tərəfdaşlığı ilə görülmüş işlərdən danışıb.

Daha sonra forumun təşkilatçısı olan “ÜTÜ Qrup” şirkətinin direktoru Zaur Cahangirov çıxış edərək forumun keçirilməsində əsas məqsədin düzgün nitq və ünsiyyətin təbliğindən ibarət olduğunu qeyd edib. 

Rəsmi hissədə Milli Məclisin deputatları Ceyhun Məmmədov və Vüqar İsgəndərov çıxış edərək, tədbirin uğurlu şəkildə təşkilinə görə təşkilatçıları təbrik edib, forumun işində uğurlar arzulayıblar. 

Rəsmi hissə yekunlaşdıqdan sonra spikerlər hissəsi öz işinə başlayıb. Natiqlər çıxışlarında ünsiyyət və çıxış zamanı olan problemlərdən söhbət açıblar. Çıxışların davamında şəxsiyyət tiplərinin ünsiyyəti,  rənglərin ünsiyyətə təsiri, eləcə də, doğru ünsiyyətin faydaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Forum zamanı ümumilikdə 11 nəfər spiker çıxış edib.

Tədbirin davamında Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri öz musiqili çıxışları ilə xoş dəqiqələr yaşadıb. 

Forumda həmçinin fasilə zamanı iştirakçılar üçün kofe-breyk təşkil edilib. Kofe-breykin təşkilində Final çayları, Njoy Coffee, Mamam Chocolate & Bakery, Daşlı Bulaq brendləri xüsusi dəstək göstərib.

Qeyd edək ki, forum Xəzər Universitetinin “Dünya məktəbi”nin təşkilati dəstəyi, “AG Company” mühasibatlıq şirkətinin baş sponsorluğu ilə keçirilib.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun