Yandex watch
Bakıda məktəblini oğurlamaq cəhdi:

Bu gün səhər saatlarında Xırdalan şəhərində yerləşən 1 nömrəli məktəbdə qorxulu hadisə baş verib.

Emlakbazari.az

E-saglam.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə valideyn məlumat verib.

Onun sözlərinə görə, dərsdən çıxan 13 yaşlı oğlunu naməlum şəxs oğurlamağa cəhd edib.

Valideyn bildirib ki, hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil ona yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək təcavüzkarın əlindən qaçıb.

"Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdilər", - deyə ana bildirib. O qeyd edib ki, oğlunun qolunda və əlində təzyiq izləri var.

Valideyn hadisə barədə dərhal polisə məlumat verdiyini bildirib. O, ərazidə təhlükəsizlik kameralarının olduğunu və görüntülərin araşdırılacağını deyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı bir sıra videolar və məlumatlar yayılıb. Polis orqanları isə həmin görüntülərin köhnə olduğunu və real vəziyyəti əks etdirmədiyini bildirib.

E-saglam.az