Xəbərlər
Bakıda mədəkiçiltmə əməliyyatı olunan qız qəfil öldü
Xəbərlər
480

Bakıda mədəkiçiltmə əməliyyatı olunan qız qəfil öldü - Yenilənib

Bakıda cərrahi əməliyyat keçirmiş 29 yaşlı qız evə buraxıldıqdan sonra ölüb.

E-saglam.az xəbər verir ki, paytaxt sakini 1995-ci il təvəllüdlü Ülkər Fərzani bir neçə gün əvvəl özəl klinikalardan birində mədəkiçiltmə əməliyyatı olunub.

O, daha sonra evə buraxılıb, lakin dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evdə mədəsində baş vermiş qanaxma səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda mədəkiçiltmə əməliyyatı keçirdikdən bir neçə gün sonra vəfat edən qızla bağlı bəzi detallar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Ülkər Səxavət qızı Fərzani təxminən 20 gün əvvəl Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mədəkiçiltmə əməliyyatı keçiribmiş.

Dünən axşam saat 18 radələrində isə 29 yaşlı Ülkər Bakıxanov qəsəbəsi Sülh küçəsində yaşadığı evdə olarkən onun səhhəti qəfil pisləşib. Daxili qanaxma keçirən qız az sonra vəfat edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun