Xəbərlər
Bakıda klinikada QALMAQAL: Fəaliyyəti qadağan edilmiş
Xəbərlər
322

Bakıda klinikada QALMAQAL: Fəaliyyəti qadağan edilmiş cərrah pasiyent qəbul edir?

"MayoMed" klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanovun əslində tibb sahəsi üzrə heç bir təhsili yoxdur".

E-saglam.az xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş iddia edib.

Təxminən iki ay əvvəl Analitik Ekspertiza Mərkəzi tərəfindən klinikada yoxlama aparılıb və Nihad Aslanovun işinə son verildiyi iddia olunur. Amma son vaxtlar həmin şəxs yenidən "MayoMed" klinikasında pasiyent qəbul edir.

Həqiqəti aşkara çıxarmaq üçün Baku TV-nin əməkdaşı sözügedən klinikada olub.

Klinikanın əməkdaşı şikayətin həqiqəti əks etdirmədiyini və Nihad Aslanovun klinikada çalışmadığını deyib:

"Nihad bəy artıq 4-5 ay əvvəl klinikadakı işindən ayrılıb. Hazırda Nihad bəy adlı əməkdaşımız yoxdur".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimlərin arasında Nihad Aslanovun adı yoxdur:

"2023-cü ildə "MayoMed" klinikası üzrə planlı yoxlama keçirilib və klinika inzibati məsuliyyətə cəlb edilib, həkimin fəaliyyəti dayandırılıb. Bundan sonra həkimin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinə hər hansı məlumat daxil olmayıb".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun