Bakıda “INSUN X: Sağlam Həyat, Hüzur və Xoşbəxtlik” adlı tədbir keçiriləcək
Bakıda “INSUN X: Sağlam Həyat, Hüzur və Xoşbəxtlik” adlı tədbir keçiriləcək

Sağlamlıq və xoşbəxtlik həyatın ən qiymətli xəzinəsidir. Lakin həyatımızın sürətli temposu içərisində sağlıq və xoşbəxtlik üçün lazım olan amilləri unuduruq. “INSUN” Yaşam Mərkəzi ruh, bədən, zehin üçləmində fəaliyyətini davam etdirərək, sağlam, hüzurlu və xoşbəxt həyatın əhəmiyyətini insanlara çatdırmaq üçün müxtəlif proqramlar, tədbirlər təşkil etməyə davam edir.

E-saglam.az xəbər verir ki, bu missiyaya uyğun olaraq, mayın 26-da Nizami Kino Mərkəzində Yaşam Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə, “ INSUN X: Sağlam Həyat, Hüzur və Xoşbəxtlik” adlı tədbir həyata keçiriləcək.

Tədbir çərçivəsində bioloq və nevroloq olan Prof. Dr.Sinan Canan, psixoloq Ferhat Aydın, ginekologiya və doğuş mütəxəssisi Opr.Dr Ayşe Duman kimi peşəkar, zəngin təcrübələri olan mütəxəssislər bir araya gələrək, sağlam, hüzurlu və xoşbəxt həyat haqqında ruhlandırıcı, fərqinədlik yaradacaq hekayələr təqdim edəcəklər.

“INSUN X” tədbiri sağlam yaşamağın əsas prinsiplərini öyrənmək, daxili rahatlığı tapmaq və xoşbəxtliyi kəşf etmək istəyən hər kəs üçün fürsət təqdim edir. Bu tədbir təkcə bədənimizi və zehnimizi sağlam saxlamayacaq, həm də daxili potensialımızı üzə çıxaracaq və həyatımıza məna qatacaq praktiki məlumat və texnikalar verəcək.

Sağlamlıq və xoşbəxtlik dolu həyat üçün 26 May tarixində Nizami Kino Mərkəzində görüşək!

Ətraflı məlumat və qeydiyyat üçün “INSUN” Yaşam Mərkəzinin rəsmi saytına və iticket.az daxil ola bilərsiniz:

https://insun.az/ru

https://iticket.az/events/seminar/insunx/115005

Qeyd edək ki, tədbirin media dəstəkçisi E-saglam.az saytıdır. 

E-saglam.az