Xəbərlər
Bakıda güclü partlayış: Əraziyə 15 təcili yardım briqadası və polislər cəlb olunublar -
Xəbərlər

Bakıda güclü partlayış: Əraziyə 15 təcili yardım briqadası və polislər cəlb olunublar - YENİLƏNİR +CANLI YAYIM

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

E-saglam.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

Baku TV ərazidə baş verənləri canlı yayımla çatdırır:

12:24

Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri aparılır. 

Qurumun yaydığı videoda xəsarət alan bir nəfərin ərazidən kənarlaşdırıldığı görünür.

12:12

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, sexdə partlayış olub. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

 

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun