Tibbi xəbərlər
Bakıda "Diamond Center" tərəfindən “Münasibətlər və Maskalar” adlı
Tibbi xəbərlər
120

Bakıda "Diamond Center" tərəfindən “Münasibətlər və Maskalar” adlı forum keçirilib

İyun ayının 20-də Bakıda Diamond Center tərəfindən “Münasibətlər və Maskalar” adlı forum keçirilib.

E-saglam.az-ın məlumatına görə, forumda münasibətlər, ailə bağları, uşaqlıq travmaları və şəxsi inkişaf mövzularına həsr olunub.

Forumda müxtəlif sahələri təmsil edən 12 spiker, eləcə də millət vəkilləri – Ceyhun Məmmədov, Vüqar Rəhimzadə və Əlibala Məhərrəmzadə iştirak edərək öz fikir və təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Çıxışlarda insanların gündəlik həyatda taxdığı emosional maskalar, ünsiyyət problemləri, sağlam münasibətlərin qurulması və ailə dəyərlərinin qorunması kimi mövzular müzakirə olunub.

Millət vəkilləri sağlam cəmiyyətin formalaşmasında ailə institutunun və münasibətlərin rolundan bəhs edərək bu sahədə maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.

Spikerlər münasibətlərin görünən və görünməyən tərəflərini müxtəlif aspektlərdən təhlil edib, iştirakçılara şəxsi inkişaf və effektiv ünsiyyət bacarıqları ilə bağlı faydalı tövsiyələr təqdim ediblər.

Forum geniş müzakirələr, fikir mübadiləsi və iştirakçıların aktiv iştirakı ilə yadda qalıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun