Tədbirlər
Bakıda "Baku EduEXPO" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası
Tədbirlər

Bakıda "Baku EduEXPO" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək

E-saglam.az xəbər verir ki, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası  (KOBSKA) 2022-ci ildə "Gələcəyini inşa et" şüarı ilə ölkənin ən böyük təhsil tədbirlərindən biri təşkil etdi. 24-25may tarixində "Yaşıl dünya naminə öyrənək" şüarı ilə daha bir festival keçirir.  (https://www.youtube.com/watch?v=GIUSPdP1P1E )

Təhsilin İnkişafı Fondu (TİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı ilə baş tutacaq  sərgi-satış yarmarkasının əsas məqsədi təhsil sahəsində fəaliyyət göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, B2B və B2G əlaqələrinin genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və "Baku Design Academy"nin birgə təşkilatçılığı ilə baş tutacaq sərgidə 8000-ə yaxın (məktəbli, tələbə, valideyn, müəllim və s.) ziyarətçinin iştirakı gözlənilir. Sərgidə xarici dil kursları və imtahan mərkəzləri, psixoloji xidmət göstərən mərkəzlər, universitetlər, yerli və beynəlxalq özəl məktəblərin təmsilçiləri, xaricdə təhsil xidmətləri göstərən qurumlar, uşaq inkişaf mərkəzləri və bağçaları, təlim-tədris mərkəzləri və s. kimi təhsil sektoruna aid şirkətlər təmsil olunacaq. Sərgi-satış yarmarkasında müxtəlif təhsil xidmətləri ilə bağlı məlumatlar əldə etməklə yanaşı, tədbirə özəl hazırlanmış endirimlər və xidmətlər ziyarətçilərə təqdim olunacaq. Tədbir festival xarakterlidir və müxtəlif əyləncəli proqramlarda təşkil olunacaq. 

İştirak üçün qeydiyyat linki: https://edu.kobska.az/sergiye-qatil

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun