Yandex watch
Bakıda "Azərbaycan-Türkiyə Allerqoloq və İmmunoloqlarının 1-ci beynəlxalq konfransı"

7 dekabr 2024-cü il tarixində Bakıda Badamdar oteldə Allerqologiya və İmmunologiyanın aktual problemlərinə, xəstəliklərin müasir diaqnostika və müalicə üsullarına həsr olunmuş "Azərbaycan-Türkiyə Allerqoloq və İmmunoloqlarının birinci beynəlxalq konfransı" keçirilib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, konfrans çərçivəsində müzakirə olunan məsələlər həm həkim-allerqoloq və immunoloqlar, həm də pediatrlar, terapevtlər, ailə həkimləri və digər sahələrin mütəxəssisləri əhatə edib.

Konfransda Türkiyənin aparıcı Allerqoloqları və İmmunoloqları maraqlı məruzələri ilə çıxış ediblər.

Tədbirin əsas məqsədi allerqologiya, immunologiya və yan ixtisaslarda olan yeni nailiyyətləri müzakirə etmək, əsasən də, gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir.

Müxtəlif ölkələrdən olan həmkarlar və yerli mütəxəssislər arasında münasibət qurulması gələcəkdə gənc həmkarlarımızın xarici ölkələrdə müvafiq ixtisasartırma kursları, simpoziumlar və digər təbdirlərdə iştirak etməsini asanlaşdıracaqdır.

Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub. Konfransın rəsmi dilləri: azərbaycan, türk və ingilis dilləridir.

Bildirək ki, konfransın sədri ATU “Allerqologiya vә İmmunologiya” kafedrasının müdiri, “Azәrbaycan Allerqoloq vә İmmunoloqlar” cәmiyyәtinin sәdri, Azәrbaycan Respublikasının әmәkdar elm xadimi, әmәkdar hәkimi, tibb elmlәri doktoru, Professor Lalə Allahverdiyevadır.

Qeyd edək ki, tədbirin rəsmi agentliyi "Konora Events" şirkəti və media dəstəyi E-saglam.az sağlamlıq və tibbi xəbərlər portalıdır. 

Könül Oruc

E-saglam.az