Bakıda 2 yaşlı uşaq qəfil öldü
Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda azyaşlı qız qəfil vəfat edib.

E-saglam.az xəbər verir ki, hadisə dünən Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.

Saat 09 radələrində 2022-ci il təvəllüdlü L.Manafova yaşadığı Hövsan qəsəbəsindəki evdə olarkən halı pisləşib və dünyasını dəyişib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo.az)

E-saglam.az