2023-2024-cü tədris ilində Bakı şəhəri üzrə 18 ümumi təhsil müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən E-saglam.az-a verilən xəbərə görə, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
Bundan əlavə, 2023-2024-cü tədris ili ərzində paytaxt üzrə 108 şagird fərdi təhsilə cəlb olunub.
Qeyd edək ki, ümumilikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 179 təhsil müəssisəsində 416 fərdi qrup üzrə 595 şagird təhsil alır. Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.