Xəbərlər
Bakıda 15 yaşlı qızın zorakılığa məruz qalması ilə bağlı
Xəbərlər

Bakıda 15 yaşlı qızın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bakıda qızın ögey atası və xalasının əri tərəfindən zorakılığa məruz qalması ilə bağlı açıqlama verilib.

E-saglam.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, 14 yaşlı qızın təhlükəsizliyi tam təmin olunub və müvafiq sığınacağa yerləşdirilib:

“Polis orqanında təhqiqat araşdırması aparılır. Tərəfimizdən zəruri tədbirlər görülür”.

17:58

Bakıda qız xalasının əri və ögey atası tərəfindən zorakılığa məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir Dairəsi” verilişə müraciət edən 14 yaşlı qız proqramın aparıcısı Lalə Azərtaşa danışıb.

Yeniyetmə ögey atası və xalasının ərinin ona qarşı uyğunsuz hərəkətlər etdiyini bildirib. Qız evdən qaçaraq verilişə gəlib.

Qızın anası isə efirə gələrək övladının yalan danışdığını, doğmalarının onu əzizləmək, oxşamaq niyyətində olduğunu bildirib.

Efirə gələn ögey ata da aparıcıya qızın yalan danışdığını söyləyib: “Mən onu qucaqlayıb saçını sığallamışam”.

Ətraflı süjeti təqdim edirik:

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun