
26 aprel 2025-ci il tarixində Happy Moon's Cafe Baku restoranında Labirint Hüquq Xidmətləri və Təlim Mərkəzinin rəhbəri, hüquqşünas Ayan Qurbanovanın təşəbbüsü ilə "Klub-Motivasiya" layihəsi çərçivəsində geniş tərkibli görüş-səhər yeməyi təşkil olunmuşdur. Tədbirdə 80-dən çox dövlət nümayəndəsi, yerli və xarici iş adamları, sahibkar və müxtəlif sahələrdən olan peşəkarlar iştirak etmişdir.

E-saglam.az xəbər verir ki, görüşün əsas məqsədi işgüzar əlaqələrin genişləndirilməsi, fərdi inkişafın təşviq olunması və motivasiyaedici çıxışlar vasitəsilə iştirakçılara yeni baxış bucaqları təqdim etmək olmuşdur.
Tədbir zamanı bir neçə spiker maraqlı və maarifləndirici çıxışlar etmişdir. Tanınmış təlimçi və motivator Nürettin Ağdaşan auditoriya ilə ruhlandırıcı fikirlərini paylaşmış, iş dünyasında uğur qazanmağın yolları və şəxsi inkişafla bağlı praktiki tövsiyələr vermişdir.
Tədbirin xüsusi qonaqları sırasında Millət vəkili Azər Allahverənov, V çağırış millət vəkilləri Sona Əliyeva və Dilarə Cəbrayılova, əməkdar artist Rühəngiz Allahverdiyeva da yer almışdır. Onlar öz çıxışlarında motivasiya, liderlik və cəmiyyətə xidmət mövzularına toxunmuş, şəxsi təcrübələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Səmimi və interaktiv atmosferdə keçən görüş, iştirakçıların fəal iştirakı və müsbət rəyləri ilə yadda qalmış, yeni işgüzar tanışlıqlar və əməkdaşlıqlar üçün zəmin yaratmışdır.
Qeyd edək ki, tədbirin media dəstəyi E-saglam.az saytıdır. Media dəstəyi göstərdiyimiz digər tədbirlərin siyahısına saytımızda "Tədbirlər" bölməsindən nəzər yetirə və bizə müraicət edə bilərsiniz.
Könül Oruc