Sağlamlıq
Bağırsaqları "saat kimi işlədən" iki sıyıq
Sağlamlıq
3453

Bağırsaqları "saat kimi işlədən" iki sıyıq açıqlandı - Təsiri inanılmazdır

Gündəlik qidalanma üçün məhsulların seçimi bağırsaq sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir.

E-saglam.az xarici mediaya əsasən xəbər verir ki, bu sözləri həkim Dilyara Lebedeva deyib.

Lebedevanın fikrincə, tam taxıllı dənli bitkilər bağırsaq sağlamlığını yaxşılaşdıran sadə və sərfəli qidadır: "Bağırsaqları sağaltmaq üçün xüsusilə faydalı olan iki sıyıq var - yulaf və qarabaşaq yarması. Onların faydaları qismən bağırsaq mikroflorasını zənginləşdirən və peristaltikasını yaxşılaşdıran mövcud pəhriz lifinin təsiri ilə izah olunur".

O bildirib ki, yulaf bağırsaqlar üçün ən faydalı sıyıqlardan biridir.

Yulaf sıyığı dərinin vəziyyətini yaxşılaşdırmağa və immuniteti gücləndirməyə kömək edir.

“Qarabaşaq və yulaf sıyığı pəhrizə daxil edilməlidir (əgər həkim tərəfindən əks göstəriş yoxdursa). Qarabaşaq bağırsaqlarda “trafik”i tənzimləyən həll olunan və həll olunmayan liflərin anbarıdır. Yulaf sıyığı bağırsaqların saat mexanizmi kimi işləməsinə kömək edir”, - qastroenteroloq vurğulayıb.

Həkim əlavə edib ki, probiotik tərkibli qidalar yemək bağırsaqları sağaltmaq üçün də faydalıdır. O, hər gün təbii qatıq və kefir yeməyi məsləhət görüb. Belə məhsullar bağırsaq mikroflorasını yaxşı vəziyyətdə saxlayır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az


 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun