Vətəndaş qaz istehlakına görə artıq borc yazılmasından şikayətçidir.
E-saglam.az xəbər verir ki, o, sosial mediada etdiyi paylaşımda iki gün üçün 132 manat artıq borc yazıldığını bildirib.
"Yanvarın 1-də qaz üçün 50 manat ödəniş etmişdim, 20 manat borcum qalmışdı. Çekdə də göstərilib. Yanvarın 3-də 152 manatlıq borc yazılan çeki veriblər. Mənim yanvarın 1-i 20 manat borcum var idisə, belə çıxır ki, iki günə 132 manatlıq qaz yandırmışam? Əlavə bu pul niyə yazılır?" - deyə vətəndaş sual edib.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə sorğu ünvanlanıb.