AzəriMed QSC aptek şəbəkəsi komandaya qoşulmaq üçün əczaçı axtarır.
E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları sizə təqdim edir.
Namizəd müştərilərə dərman seçimində yardım etməli, satış prosesini icra etməli, aptekə daxil olan məhsulları düzgün şəkildə qəbul edib yerləşdirməli və dərmanların saxlanma qaydalarına nəzarət etməlidir.
İş şəraiti tam iş qrafiki ilə təqdim olunur. Növbələr 09:00–16:00, 16:00–23:00 və 20:00–08:00 saatları arasında təşkil edilir. Əmək haqqı 400–600 AZN (gross) aralığındadır və əlavə olaraq bonus sistemi mövcuddur.
Tələblər sırasında tibb təhsili (ali və ya orta ixtisas) yer alır, sahə üzrə təcrübə isə üstünlük kimi qiymətləndirilir. Müraciət etmək istəyən namizədlər CV-ni mövzu hissəsində “Əczaçı” qeyd etməklə cv@azerimed.com ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün 055-455-58-71 nömrəsi ilə WhatsApp vasitəsilə əlaqə saxlana bilər.