Xəbərlər
Azərbaycanda tullantıların idarə olunması ilə bağlı
Xəbərlər
323

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı strateji sənəd hazırlanır

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır.

E-saglam.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev “Tullantılar haqqında" qanunun icra vəziyyətinə dair ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, təkcə Bakı şəhərində məişət tullantılarının idarə olunmasına deyil, həm də regionlarda olan təhlükəli tullantılarla mübarizəyə də diqqət ayrılır: "Bu siyahıya tibbi tullantıların idarəsi də aiddir. Sovet dövründən qalan tibb müəssisələri tibbi tullantıların çoxalmasına səbəb olurdu. Monitorinqlərimiz nəticəsində həmin tullantıların təhlükəlilik dərəcəsi ölçülüb və müvafiq addımlar atılıb".

M.Nəbiyev əlavə edib ki, atılacaq ciddi addımlara tullantıların idarə edilməsi barədə hazırlanan strateji sənəd də aiddir. Sənədə əsasən, icra ediləcək layihənin ilk olaraq Abşeronda həyata keçirilməsi planlaşdırılır: “Layihə Abşeronda həyata keçirildikdən sonra ölkə ərazisində də tətbiq ediləcək. Tullantıların zərərsizləşdirilməsi, toplanması, daşınması məsələsinə özəl sektorun da yetərincə marağı var".

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun