Xəbərlər
Azərbaycanda tanınmış həkimi güllələyərək qətlə yetirdilər:
Xəbərlər
368

Azərbaycanda tanınmış həkimi güllələyərək qətlə yetirdilər: Hadisə yerindən GÖRÜNTÜLƏR

Zaqataladakı dəhşətli cinayətin detalları məlum olub.

Mərhumun qohumunun sözlərinə görə, Həsən Davudov evdə Tariyel Əhmədovu öldürdükdən sonra həyətdəki yan evə keçərək onun qızı və nəvələrinə də atəş açmaq istəyib:

"Xoşbəxtlikdən qapı bağlı idi, iki güllə izi qapıda qalıb. Həmçinin həkim yaxın zamanlarda göz əməliyyatı olmağa hazırlaşırdı".

Daha ətraflı Baku TV-nin süjetində:

Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatı məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Tariyel doktorun qızının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb.

Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb.

Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb.

Atəş səsinə polis əməkdaşları gəliblər. Polis əməkdaşları Həsən Davudovdan silahı yerə qoyaraq təslim olmasını tələb ediblər. Təslim olmaq istəməyən Həsən Davudov özünü güllələyərək intihar edib.

Məlumata görə, Tariyel Əhmədovla Həsən Davudov arasında keçmişdən ədavət olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun