Xəbərlər
Azərbaycanda RƏZALƏT: Boğazına ip bağlayıb gəzdirdilər, qayınanasının ayağından öpdürdülər
Xəbərlər
374

Azərbaycanda RƏZALƏT: Boğazına ip bağlayıb gəzdirdilər, qayınanasının ayağından öpdürdülər

Gədəbəydə kişinin alçaldılması ilə bağlı hadisənin təfərrüatı məlum olub.

E-saglam.az xəbər verir ki, hadisəyə səbəb N.Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub.

Bundan sonra S.Əliyev, qadının əmisi oğlu Təgin Əliyev və sonuncunun dostu Cəbrayıl Hüseynovla birlikdə N.Kazımovu cəzalandırmaq qərarına gəliblər.

Onlar əvvəlcə N.Kazımovu döyüb, boğazına ip keçirərək kənd ərazisində gəzdirərək ona qarşı alçaldıcı hərəkətlər ediblər.

Bununla ürəkləri soyumayan şəxslər N.Kazımovu üzr istəmək üçün S.Əliyevin qayınanasının yanına aparıblar və orada qadının ayağından öpməyə məcbur ediblər.

Gədəbəydə həmkəndlisini alçaldan şəxslər saxlanılıblar.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Arıqıran və Əyrəvəng kəndlərinin ərazisində qeydə alınıb.

Belə ki, iyunun 1-i saat 15 radələrində rayonun Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri N.Kazımovu döyərək boğazına ip keçirib.

Daha sonra N.Kazımovu dartaraq kənd ərazisində gəzdirib və S.Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər.

Polis əməkdaşları tərəfindən S.Əliyev, T.Əliyev və C.Hüseynov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun