Azərbaycanda Məhərrəm ayının başlanacağı
Azərbaycanda Məhərrəm ayının başlanacağı

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.

Bildirilib ki, bu il Məhərrəm ayı iyulun 7-nə təsadüf edəcək:

"Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından sonra gələn Səfər ayı avqustun 6-dan başlayacaq. 

E-saglam.az