Xəbərlər
Azərbaycanda kərə yağı yenə
Xəbərlər
246

Azərbaycanda kərə yağı yenə BAHALAŞDI

Azərbaycanda son bir ayda kərə yağı yenidən bahalaşıb.

E-saglam.az Bakupost.az-a istinadən xəbər verir ki, marketlərdə kərə yağının bahalaşması ötən ayla müqayisədə təxminən 10% civarındadır.

Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan "Belarus" kərə yağı hazırda 23,95 manata qalxıb.

Müqayisə üçün bildirək ki, sentyabrda "Belarus" kərə yağının bir kiloqramı 18,49 manat idi.

Dövlət Statistika Komitəsinin ötən gün yaydığı məlumatda da noyabr ayında bahalaşan ərzaq məhsulları sırasında kərə yağının daha çox bahalaşdığı bildirilib.

Qeyd edək ki, mütəxəssislər bunu dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqələndirirlər. Azərbaycanda kərə yağı əsasən idxal olduğu üçün qiymətlər də dünya bazarındakı vəziyyətdən asılı olur.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun