Xəbərlər
Azərbaycanda kartof
Xəbərlər

Azərbaycanda kartof BAHALAŞDI

Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti artıb.

E-saglam.az-ın Xəzər TV-yə istinadla verdiyi məlumata görə, son 20 gündür ki, bazarlarda kartofun ən bahalı qiyməti 2 AZN, ən ucuz qiyməti isə 1,20 AZN-dir.

Satıcıların sözlərinə görə, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması və xaricdən də kartof idxalının azalmasıdır.

Satıcılar həmçinin bildiriblər ki, hazırda bazarda daha çox yerli kartof mövcuddur.

İqtisadçılar isə bahalaşmanın iki əsas səbəbini qeyd edirlər. Onların fikrincə, birinci səbəb xaricdən kartof idxalının azalmasıdır. İkinci səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu iki amil kartofun qiymətinə təsir göstərir.

Qeyd edək ki, 2024-cü ildə ölkədə təxminən 1 milyon ton kartof istehsal edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun