Azərbaycanda hər il neçə qız qaçırılır?
Azərbaycanda hər il neçə qız qaçırılır?

Azərbaycanda evlənmək məqsədilə qızqaçırma halları mütəmadi olaraq baş verir.

E-saglam.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, qızqaçırma adam oğurluğudur, hansısa istisna yoxdur.

Yəni kimsə nikaha məcbur edilə bilməz, bu, qadağandır, məsuliyyət yaradır.

Bəs Azərbaycanda hər il təxminən neçə qızqaçırma faktı qeydə alınır?

Modern.az bununla bağlı statistikanı öyrənməyə çalışıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə 31 adam oğurluğu hadisəsi törədilib ki, bunun da 17-si qızqaçırma olub.

2022-ci ildə adam oğurluqlarına dair 45 hadisə qeydə alınıb ki, bundan da 25-i evlənmək məqsədilə qızların qaçırılması faktıdır.

E-saglam.az