Xəbərlər
Azərbaycanda dəhşət - azyaşlının əli
Xəbərlər
262

Azərbaycanda dəhşət - azyaşlının əli ətçəkən maşında qaldı - VİDEO

Şamaxıda 1 yaş 6 aylıq uşağın əli ətçəkən maşınında qalıb.

E-saglam.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, əli ətçəkən maşınında qalan körpə ciddi xəsarət almadan xilas olunub:

“Əli ətçəkən maşında qalan 27.01.2023-cü il təvəllüdlü körpə xəstəxanaya valideynləri tərəfindən çatdırılıb. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilərkən körpənin sağ əli elektron ətçəkən maşınına keçmiş vəziyyətdə olub.

Xəstəxananın tibbi heyəti və Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarının operativliyi nəticəsində qısa zamanda körpənin əli ətçəkən maşının içərisindən çıxarılıb.

Körpənin əli rentgenoloji müayinə olunduqdan sonra həkim-cərrah Ağasoltan Əmirov tərəfindən yumşaq toxumaların cərrahi proseduru həyata keçirilib. Hazırda körpənin vəziyyəti qənaətbəxşdir və ambulator müalicə üçün evə buraxılıb”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun