Xəbərlər
Azərbaycanda daha bir uşaq qızılcadan öldü
Xəbərlər

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.

E-saglam.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Ömər Kürdoğlu oğlu Şahbazzadə bir müddət əvvəl qızılcaya yoluxub.

Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.

O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.

Qızılcadan vəziyyəti ağırlaşan uşaqda kəskin pnevmoniya, infeksion toksiki şok vəziyyət olub.

Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun